Şoyqu: Rusiyanın NATO ölkələri ilə sərhədində vəziyyət gərginləşir

Rusiyanın qərb sərhədində hərbi-siyasi vəziyyət gərgin olaraq qalır və daha da gərginləşə bilər.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumaat görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O bildirib: “Sərhədlərimizin yaxınlığında NATO-nun üzv ölkələrinin hərbi qüvvələrinin operativ-hərbi hazırlıq tədbirlrinin intensivliyi və miqyası artır. Təkcə son üç ayda Şərqi Avropa və Baltika ərazisində 30-dan çox təlim keçirilib”. S. Şoyqu xatırladıb ki, Baltikyanı ölkələrdə və Polşada NATO-nun ümumi sayı 5 min nəfər olan 4 çoxmilli batalyonu yerləşdirilib. Həmçinin, Polşa və Almaniyada ABŞ qoşunlarının zirehli tank briqadası və hərbi aviasiya briqadası dislokasiya edilib. ABŞ hava hücumundan müdafiə elementlərinin yerləşdirilməsi də davam edir. NATO son illər Rusiyanın qərb sərhədləri yaxınlığında fəallığını artırıb. Bu təlimlər çox vaxt antirusiya xarakteri daşıyır”.

DİGƏR XƏBƏRLƏR

Top