Burundi Beynəlxalq Cinayət Məhkəməsinin tərkibindən çıxan ilk ölkə oldu

Burundi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tərkibindən rəsmi olaraq çıxmış ilk ölkə oldu.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, BCM-in nümayəndəsi deyib ki, Burundinin rəsmi çıxması beşinci gün baş tutub. Şərqi Afrika ölkəsi bir il əvvəl təşkilatdan çıxmaq niyyətini BMT-nin baş katibinə bəyan etmişdi. Burundi BCM-dən tamamilə çıxmaq üzrə planları reallaşdıran ilk Afrika ölkəsi oldu. Cənubi Afrika Respublikası (CAR) və Qambiya 2016-cı ildə BCM-nin tərkibindən çıxmaq niyyətlərini açıqlamışdılar. Həmin ölkələr məhkəməni fəaliyyətlərini Afrikada həddən artıq cəmləməkdə ittiham ediblər. CAR çıxma üzrə planlarını 2017-ci ilin martında ləğv edib, Qambiyanın yeni hökuməti isə çıxma üzrə planlarına fevralda yenidən baxıb.

DİGƏR XƏBƏRLƏR

Top