Türkiyədə polisləri daşıyan avtomobil qəzaya uğradı


Türkiyənin İzmir əyalətinin Bornova rayonunda içərisində polis əməkdaşları olan avtomobilin qəzaya uğraması nəticəsində 2 polis ölüb, 3-ü yaralanıb. Haber 7 xəbər verir ki, sürücü idarəetməni itirərək avtomobili yolun kənarındakı beton dirəyə çırpıb. Qəzanın yaranmasına səbəb kimi polisləri daşıyan avtomobilin başqa bir avtomobil tərəfindən sıxışdırılması göstərilir. Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildiriblər. Qəza ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top