Qazax sakinini ilan sancdı

Qazax rayon sakinini ilan sancıb. Hadisə Ceyrançöl düzünün Ağstafa rayonu ərazisindəki hissəsində qeydə alınıb. Qazax rayon Daş Salahlı kənd sakini 1968-ci il təvəllüdlü Süleymanova Gültəkin Alosman qızı qoyun sürüsünü otaran zaman ilan onun sağ ayağından sancıb. Qadın dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyəti kafi qiymətləndirilir.Apa

DİGƏR XƏBƏRLƏR

Top