ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

ABŞ Dövlət Departamenti yeni sanksiyalara məruz qala biləcək Rusiya təşkilatlarının siyahısını təsdiqləyərək Konqresə təqdim edib. “RİA Novosti”nin xəbərinə görə, siyahıda 33 müdafiə sənayesi müəssisəsi, konsern və təşkilat, habelə Federal Təhlükəsizlik Xidməti (FTX), Xarici Kəşfiyyat Xidməti (XKX) və Baş Kəşfiyyat İdarəsi (BKİ) kimi xüsusi xidmət orqanları yer alıb. Sanksiyalar tətbiq edilə biləcək müəssisə, konsern və təşkilatlar arasında “Rosoboroneksport”, “İjmaş”, “Suxoy”, “Tupolev”, Almaz-Antey”, “Oboronprom”, “Uralvaqonzavod”, “Vertolyotı Rossii”, “Bazalt” və s. iri şirkətlər var. Qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillerson bundan əvvəl sanksiyalar tətbiq edilə biləcək Rusiya kəşfiyyatı və müdafiə sənayesi kompleksi ilə əlaqəli şəxslərin və təşkilatların siyahısını təsdiqləyib. Həmin sənəd ictimaiyyət üçün açıqlanmayıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top