Orta məktəb dərsliyində kobud səhv FOTO

Orta məktəblər üçün 5-ci sinif ingilis dili kitabında kobud səhvlərə yol verilib.

Bu barədə blogger Vyaçeslav Sapunov öz Facebook səhifəsində yazıb.

Blogger “Şərq-Qərb” nəşriyyat evi tərəfindən buraxılan dərsliyin 32-ci səhifəsində yerləşdirilən xəritədə kobud coğrafi səhvlər aşkarlayıb.

Belə ki, xəritədə Böyük Britaniyanın paytaxtı Londonun yeri səhv göstərilib, İtaliyanın paytaxtı Roma isə Rumıniya və Ukrayna kimi ölkələrin üzərindən yazılıb. Bundan əlavə, Hudzon çayı və Kambocanın adı səhv verilib, Antarktida və Kanadanın şimalı isə ümumiyyətlə xəritədən kəsilib.

Kitabın müəllifləri Nərminə Əliyeva, Gülşən Hüseynova və Rafiq Əliyevdir. oxu,az

DİGƏR XƏBƏRLƏR

Top