Qaçan məhbuslardan biri tutuldu

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilərkən qaçan məhbuslardan biri tutulub. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, oktyabrın 26-da Penitensiar Xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-dəBakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış AR Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top