2018-ci ilin büdcəsinə cərimələrdən daha çox vəsait daxil olacaq


2018-ci ilin büdcəsində cərimələrdən daxilolmalar 12,5 milyon manat nəzərdə tutulub. Bu haqda Azərbaycan Respublikasının prezidenti tərəfindən Milli Məclisə təqdim olunan 2018-ci ilin dövlət və icmal büdcələri layihəsində bildirilib. Qeyd olunur ki, cərimələrdən daxilolmalar 2017-ci ilin proqnozu ilə 1,5 milyon manat və ya 13,6 faiz çoxdur. Aksiz markalarının satışından daxilolmalar 6,3 milyon manat proqnozlaşdırılır. Bu da cari ilin proqnozu ilə müqayisədə 1,3 milyon manat - 26,0 faiz çoxdur.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top