Masallıda evlərdən oğurluqlar edən dəstə saxlanılıb

Masallı şəhərində yaşayan bir qadın rayon Polis Şöbəsinə evindən oğurluq olması barədə müraciət edib. O, ərizəsində sentyabrın 29-da evindən 3000 manat dəyərində 3 ədəd televizorun və digər məişət əşyalarının oğurlandığını bildirib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, həmin gün Polis Şöbəsinə eyni məzmunlu digər bir müraciət də daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Masallı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Elmar Xəlilov, Cavad Mirzəyev və Orxan Məmmədov olduqları məlum olub. Onlar həmin mənzillərdə heç kimin yaşamadığını bildiklərindən evlərə oğurluq məqsədilə girdiklərini etiraf ediblər. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top