Azərbaycanda 56 rayondan yalnız 4-də teatr fəaliyyət göstərir

Dövlət Statistika Komitəsindən açıqlana son məlumata görə, Azərbaycanda cəmi 27 peşəkar teatr fəaliyyət göstərib. "Yeniavaz.com" Komitədən açıqlanan məlumata istinadən bildirir ki, bu teatrların 10-u Bakı şəhərində, 3-ü Naxçıvan Muxtar Respublikasında, digərləri isə ayrı-ayrı rayon və şəhərlərdə olub. Bakı şəhərində olan 10 teatrdan 6-sı Səbail rayonu ərazisində, 2-si Nəsimi, 2-si isə Yasamal rayonları ərazisində fəaliyyət göstərib. Naxçıvan Muxtar Respublikasındakı 3 teatrın hər 3-ü 1-i Naxçıvan şəhərində olub.

Bunlarda başqa Gəncə şəhərində 2, Qazax rayonunda 1, Qax rayonunda 2, Şəki şəhərində 1, Lənkəran şəhərində 1, Qusar rayonunda 1, Mingəçevir şəhərində 1, Salyan rayonunda 1, Sumqayıt şəhərində isə 1 teatr fəaliyyət göstərir. Onu da qeyd edək ki, işğal altında olan Ağdam, Füzuli və Şuşa rayonlarına məxsus teatrlar hazırda müvafiq olaraq Bərdə rayonu, Sumqayıt və Bakı şəhərləri ərazisində fəaliyyət göstərir.

Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycandakı 56 kənd rayonu arasında teatr yalnız Qazax, Qax, Qusar və Salyan rayonlarında mövcud olub. Digər rayonlarda isə teatr mövcud olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top