Azərbaycan Türkiyəyə qaz ixracını 1,2% azaldıb

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" yatağından hasil olunan 4 milyard 273,850 milyon kubmetr qaz nəql edib. 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu göstərici 1,2% azdır. Cari ilin avqust ayında Azərbaycan qardaş ölkəyə 337,48 milyon kubmetr qaz ixrac edib. Türkiyənin qaz idxalında Azərbaycanın payı 8,4% təşkil edir. Qeyd edək ki, avqust ayında Türkiyə 4 milyard 15,73 milyon qaz idxal edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 10,71% çoxdur. 2016-cı ildə Azərbaycan Türkiyəyə 6 milyard 479,87 milyon kubmetr qaz ixrac edib. apa

DİGƏR XƏBƏRLƏR

Top