“Barselona” ev stadionunun adını 340 milyon avroya dəyişməyə hazırdır

İspaniyanın “Barselona” futbol klubu ev stadionunun adını dəyişə bilər.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, “Barselona” komandanın ev stadionun adını dəyişmək üçün “Grifols” əczaçılıq korporasiyası ilə müqavilə bağlaya bilər. Kataloniya “Nou Kamp” stadionunun adını 30 il müddətinə və 340 milyon avroya dəyişməyə hazırdır. Əgər ad dəyişikliyi baş tutsa, “Barselona”nın ev stadionu “Camp Nou Grifols” adlanacaq. Xatırladaq ki, “Nou Kamp” stadionu 1957-ci ildə tikilib və 99 354 tamaşaçı tutumuna malikdir.

DİGƏR XƏBƏRLƏR

Top