Azərbaycanda kinoteatrı olan yeganə rayon hansıdır? RƏSMİ

Dövlət Statistika Komitəsindən açıqlana son məlumata görə, Azərbaycanda cəmi 11 kinoteatr fəaliyyət göstərib. "Yeniavaz.com" Komitədən açıqlanan məlumata istinadən bildirir ki, bu kinoteatrların 9-u Bakı şəhərində, 2-si isə Naxçıvan Muxtar Respublikasında olub. Bakı şəhərində olan 9 kinoteatrın 5-i Nəsimi rayonu ərazisində, digər 4-ü isə Binəqədi, Xəzər, Səbail və Nizami rayonları ərazisində fəaliyyət göstərib. Naxçıvan Muxtar Respublikasındakı 2 kinoteatrın 1-i Naxçıvan şəhərində, 1-i isə Şərur rayonunda olub. Nəticədə, Şərur rayonu Azərbaycanda kinoteatrın olduğu yeganə kənd rayonu olub. Açıqlanan rəsmi məlumata görə, digər şəhər və rayonlarda kinoteatrlar mövcud olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top