Bakıda həyat yoldaşından ayrılan kişi özünü öldürdü

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan 1980-ci il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub.

Bildirilir ki, T.Hacıyev hadisə baş verən binanın 2-ci mərtəbəsində yaşayıb və 9-cu mərtəbəyə qalxandan sonra nərdivanla binanın damına çıxıb və çox keçmədən özünü atıb.

Bir müddət əvvəl həyat yoldaşından ayrılan 37 yaşlı Turalın işsiz olduğu, ata-anası ilə birgə yaşadığı məlum olub. O, özünü binadan atandan sonra valideynləri hadisədən xəbər tutublar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.lent.az

DİGƏR XƏBƏRLƏR

Top