Qaçan məhbuslarla hüquq-mühafizə əməkdaşları arasında atışma olub? AÇIQLAMA

Bu gün bəzi Kütləvi informasiya vasitələrində Xırdalan ərazisində cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.

Bu barədə Ölkə.Az saytına DTX-dan məlumat verilib.

“Bu gün həyata keçirilən əməliyyatla bağlı rəsmi məlumat yaymışıq. Həmin əməliyyatın bu şəxslərlə əlaqəsi yoxdur”.

Hadisə ilə bağlı Abşeron polisindən və eləcə də, Xırdalan şəhər polis bölməsindən bildirilər ki, onlarda bu barədə məlumat yoxdur. Xırdalan şəhər Təcili və Tibbi Yardım Stansiyanın növbətçi həkimi də qeyd edib ki, bu barədə onlara heç bir çağırış olmayıb.
Qeyd edək ki, dünən Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib. Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib. Cavab atəşi zamanı hər iki şəxs zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib. “Yenicag.az” saytının yaydığı məlumata görə, isə zərərsizləşdirilən həmin iki şəxs 23 oktyabr 2017-ci il tarixdə Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçan məhbuslar Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağamidir.

DİGƏR XƏBƏRLƏR

Top