DTX şübhəli bilinən şəxsləri yaxaladı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində, qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri - Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu saxlanılıblar.

Keçirilmiş baxışlar nəticəsində onlardan 71 min 500 ABŞ dolları, 6 min 500 rubl və 4 min 361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülüb.

Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top