PSJ klubunun prezidenti korrupsiya işi ilə əlaqədar dindirilib

Fransanın PSJ klubunun prezidenti və "BeIN Media Group”un baş direktoru Nasser Əl-Xelaifi İsveçrədə korrupsiya işi ilə əlaqədar müstəntiqlər tərəfindən dindirilib.

Sorğu-sual tərcüməçi vasitəsilə aparıldığından bir neçə saat çəkib. Hazırda qətərli iş adamına qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

Qeyd edək, oktyabrın 12-də İsveçrənin federal prokurorluğu Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifiyə və FİFA-nın sabiq baş katibi Jerom Valkeyə qarşı cinayət işi açıb. Qətərli funksioner baş direktoru olduğu "BeIN Media Group” şirkəti tərəfindən 2018, 2022 və 2026-cı illərdə keçiriləcək futbol üzrə dünya çempionatlarının yayım hüququnu korrupsiya yolu ilə əldə etməkdə şübhəli bilinir. İstintaq sabiq baş katibə rüşvət verilməsi ilə bağlı aparılır.

J.Valke ötən il DÇ-2014-ün bilet satışı zamanı fırıldağa yol verməkdə şübhəli bilindiyi üçün FİFA-nın baş katibi postundan uzaqlaşdırılıb. Report

DİGƏR XƏBƏRLƏR

Top