
ABŞ Yəmənin 8 vətəndaşını və yerli supermarketi terrorçuluqla bağlı sanksiya siyahısına daxil edib.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin saytında deyilir. Siyahıya salınmış 7 fiziki şəxs İŞİD terror qruplaşmasının Yəmən bölməsi ilə, daha bir 1 nəfər isə “Əl-Qaidə” terror təşkilatının Ərəbistan yarımadasındakı bölməsi ilə əlaqədə olmaqda şübhəli billinir. Supermarket həmin şəxslərdən biri ilə bağlantılığı olduğundan siyahıya düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz