Ərdoğan: İraqla PKK-ya qarşı birgə mübarizə aparacağıq

Mərkəzi İraq hökumətinin qətiyyətli addımları nəticəsində ölkə ərazisinin böyük hissəsi, 10-15 faizi xaricində İŞİD terror qruplaşmasının silahlılarından təmizlənib. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraqın Baş naziri Heydər əl-Abadi ilə keçirdiyi mətbuat konfransında deyib. Prezident əmin olduğunu bildirib ki, ölkənin qalan qismi də İŞİD terrorçularından təmizlənəcək. R. T. Ərdoğan qeyd edib: “Bu vəziyyətdən fürsət əldə etməyə çalışan PKK terror təşkilatının da eyni şəkildə İraqda mövcudluğunu bilirik. Kandil və Sincarda bu terror təşkilatı təşəkkül tapıb. Buralarda müştərək mübarizə aparmağı davam etdirməkdə qətiyyətliyik. Bölgənin sülh və asayişi üçün atılmalı olan addımları atacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top