Büdcədən Prezident Administrasiyasına 91,6 milyon manat ayrılacaq

Gələn il Azərbaycan Prezident Administrasiyasına 91 milyon 600 min 477 manat həcmində vəsait ayrılacaq. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat 2018-ci il dövlət büdcəsi layihəsində yer alıb. Bu vəsait cari ildə ayrılacaq məbləğdən 16 milyon 2 min 931 manat çoxdur. Xatırladaq ki, builki dövlət büdcəsindən Prezident Administrasiyasına 75 milyon 597 min 546 manat ayrılıb.

Məlumata görə, Prezident Administrasiyasından fərqli olaraq gələn il Azərbaycan Nazirlər Kabinetinə ayrılacaq vəsait azaldılacaq. Belə ki, gələn il Nazirlər Kabinetinə 8 milyon 380 min 601 manat ayrılacaq. Qeyd edək ki, bu vəsait builki göstəricidən 1 milyon 543 min 51 manat azdır.

DİGƏR XƏBƏRLƏR

Top