Rəsmi şəkildə mövcud olmayan şirkət Prezidentə necə təqdim edilib?

Xəbər verildiyi kimi, Azərbaycanda eyni ünvanda (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033), bir gün ərzində (17 iyul 2017-ci il) 7 hüquqi şəxs - Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsis olunub. "Yeniavaz.com" Vergilər Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, həmin şirkətlərin nizamnamə kapitalları 213 milyon manata bərabərdir. Bu şirkətlərin içərisində nizamnamə kapitalı ən çox olan "Azərpambıq" MMC olub. "Azərpambıq" MMC-nin nizamnamə kapitalı 82,3 milyon manat təşkil edib. Bu şirkətlə bağlı maraqlı məlumatlardan biri də odur ki, "Azərpambıq" MMC-nin rəsmi qeydiyyatdan 17 iyul tarixində keçdiyi bildirilsədə, 2 ay əvvəl - 17 may tarixində Bakıda keçirilən XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərində iştirak edib. Hətta şirkət nümayəndələri Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi dövlət qeydiyyatından keçməyən, yəni hüquqi olaraq mövcud olmayan "Azərpambıq" MMC-nin stendi ilə tanış ediblər. Bu barədə məlumat ölkə Prezidentinə məxsus "prezident.az" saytında da dərc olunub (bax: http://www.president.az/articles/23738). Həmin məlumatda qeyd olunub ki, "Azərpambıq" MMC-nin stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu qurum əsasən pambıq istehsalı, onun tədarükü və emalı ilə məşğuldur.

Eyni ünvanda (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033), bir gün ərzində (17 iyul 2017-ci il) qeydiyyata alınan 7 hüquqi şəxs - Məhdud Məsuliyyətli Cəmiyyət (MMC)

DİGƏR XƏBƏRLƏR

Top