Ərdoğanın maaşı artırılır - ildə 189 min dollar alacaq

Türkiyə prezidentinin maaşı artırılacaq.

Artımla prezident Rəcəb Tayyib Ərdoğanın əmək haqqı 3776 lirə (1010 ABŞ dolları) olacaq.

Məlumata görə, yanvar ayında Ərdoğanın maaşı 35295 lirədən (9452 ABŞ dolları) 39071 lirəyə ( 10463 ABŞ dolları) yüksələcək. 2018-ci ildə isə prezidentin illik maaşı 708000 (189602 ABŞ dolları) lirə olacaq.

Qanunvericiliyə edilən dəyişikliyə görə, keçmiş prezidentlərin əmək haqqı da 2300 (616 ABŞ dolları) lirə artacaq. Nəticədə onlar (Abdulla Gül və Əhməd Necdət Sezər) 23600 Türkiyə lirəsi (6320 ABŞ dolları) maaş alacaqlar. Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top