Ölkə tarixində ilk: borca görə həbs ləğv olundu

"AtaBank"ın sifarişi ilə borca görə həbs edilən zamin Lalə Bunyatovanın işi üzrə şikayətinə bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov baxaraq Sabunçu rayon məhkəməsinin həbs qərarını araşdırmanın düzgün aparılmaması səbəbi ilə ləğv etdi və işi geri qaytardı.

“Yeniavaz.com” xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat verib. Onun sözlərinə görə, həbs edilən xanım iclas zalında azad edilib: “Bu, ölkə tarixində borca görə həbsin ilk ləğvi oldu. Hamını təbrik edirəm! Barbar deyil, sivil cəmiyyət olduğumuzu sübut etmək üzrəyik! Belə qərarlar verə bilən hakimlərimiz də var. Pisləri tanıdığımız kimi, yaxşıları da tanıyaq!”

Xatırladaq ki, 5 gün əvvəl “AtaBank”ın şikayəti əsasında “Azərbaycan Dəmir Yolları”nın işçisi olan zamin qadını işsiz kimi göstərilərək 10 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Sabunçu rayon məhkəməsinin hakimi Süleyman Ağayev “AtaBank”a 8701 manat borcu olan şəxsin zamini Bunyatova Lalə Nəriman qızını 10 gün müddətinə inzibati qaydada həbs edib (borclunun özünü tapa bilməyiblər).

DİGƏR XƏBƏRLƏR

Top