Qazaxıstan prezidenti oktyabrda Azərbaycana səfərə gələcək

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev oktyabrın sonunda Azərbaycana səfər etməyi planlaşdırır. N.Nazarbayev oktyabrın 30-də Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu şəbəkələrini birləşdirəcək nəqliyyat dəhlizidir. Əvvəllər xəbər verildiyi kimi, açılışda həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili da iştirak edəcək.Report

DİGƏR XƏBƏRLƏR

Top