Nigeriya: Türkiyənin tələbini qəbul etmirik

Nigeriya hökuməti, təxminən 1000 nəfər türkiyəlinin Türkiyəyə qaytarılması ilə bağlı xəbərlərə münasibət bildirib.

“Yeniavaz.com” xarici KİV-ə istinadən məlumat verir ki, Nigeriya höküməti Türkiyənin bu tələbini qəbul etməyib.

Nigeriya xarici işlər naziri Geofrey Onyimanın sözcüsü Sarah Sanda 23 oktyabr 2017-ci il tarixli açıqlamasında bildirib ki, Türkiyə Nigeriyadan sığınma alan türkiyəlilərin qaytarılmasını tələb edib.

Nigeriya xarici işləri nazirinin sözlərinə görə, Nigeriyaya qanuni yollarla gələn hər kəs, Nigeriyanın və Beynəlxalq qanunların himayəsi altındadır.

Qeyd edək ki, Türkiyəyə qaytarılması istənilən türkiyəlilər Nigeriyada məktəb və xəstəxana açıblar və illərdi fəaliyyət göstərirlər.

DİGƏR XƏBƏRLƏR

Top