5 nəfəri öldürən qızın biznesmen atası: 1,5 milyon dollar ödəməyə hazıram - FOTO

Xəbər verdiyimiz kimi, 18 oktyabrda Ukraynanın Xarkov şəhərində 20 yaşlı Yelena Zayçevanın törətdiyi avtomobil qəzası nəticəsində 5 nəfər ölüb və daha 6 piyada yaralanıb. Yelenanın biznesmen atası Vasili Zayçev ölənlərin və yaralananların ailələri ilə görüşüb, onların qarşısında diz çökərək, qızını bağışlamalarını istəyib. 61 yaşlı iş adamı bildirib ki, zərərçəkənlərin ailələrinə ümumilikdə 1,5 milyon dollar yardım etməyə hazırdır: “İnsanların ölümünə səbəb olan bu qəzaya görə mən və həyat yoldaşım çox kədərliyik. Üzüntümüzü sözlərlə ifadə edə bilmərik. Qızımızı bağışlamaları üçün zərərçəkənlərin ailələrinə yalvarırıq. Onlara bütün maddi dəstəyi göstərəcəyimizi bildiririk”. V.Zayçev qəzaya görə təkcə qızının məsuliyyət daşımadığını da deyib: “Başqa bir avtomobil qızımın avtomobilini vurduğu üçün qəza bu qədər şiddətli olub. Məhkəmənin qəzaya görə iki nəfərin məsuliyyət daşıdığını nəzərə alacağına və buna uyğun cəza müəyyənləşdirəcəyinə ümid edirik. Ədalətli qərara hörmət göstərəcəyik”. Qeyd edək ki, tibbi yoxlanış zamanı Yelena Zayçevanın qanında opiat aşkarlanıb. Narkotik maddənin təsiri altında qəza törədən biznesmen qızının 10 il azadlıqdan məhrum ediləcəyi bildirilir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top