ABŞ-da Trampa Rusiya bayraqları atan şəxs həbs edilib - VİDEO

ABŞ polisi prezident Trampa Rusiya bayraqları atan şəxsi həbs edib. Bu barədə "ABC News" telekanalı xəbər verib. Telekanalın məlumatına görə, o, qanuna zidd hərəkətdə ittiham edilir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqatı davam etdirirlər. Qeyd edək ki, hadisə ABŞ Konqresinin binasında baş verib. Belə ki, Tramp respublikaçıların Senatdakı rəhbəri Mitç Makkonnellə nahara gedərkən ona bayraqlar atılıb. Prezidentə Rusiya bayraqlarını atan şəxs "Satqın Tramp!" şüarlarını da səsləndirib. Həmin şəxs Rayan Kleytondur. O, fevralda da Trampın iştirak etdiyi konfransda təxribat hazırlayıb.

Video Tramp

DİGƏR XƏBƏRLƏR

Top