Yevlaxda "TIR" yanıb

Yevlaxda "TIR" yanıb. "Yeniavaz.com" xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Yevlaxdan keçən hissəsində baş verib. Paytaxtda doğru hərəkət edən Mehdi Mirzəyevin idarə etdiyi iritonnajlı yük avtomobilinin kabinəsində qəfil yanğın baş verib. Alov tez bir zamanda yük maşınını ağuşuna alıb. Sürücü avtomobili söndürməyə cəhd etsə də, buna nail ola bilməyib və müxtəlif yanıq xəsarətləri alıb. Hadisə yerinə Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və briqadası cəlb olunub. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını ala biliblər. Yanğın zamanı avtomobildə olan 3 litrlik qaz balonu mühafizə olunub, baş verə biləcək partlayışın qarşısı alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top