Suriyada səhvən endirilən aviazərbə 15 dinc sakinin həyatına son qoydu


Bəşər Əsəd rejiminin Hərbi Hava Qüvvələrinin Suriyanın Dəyr-əz-Zor rayonuna səhvən endirdiyi aviazərbə zamanı ən azı 15 dinc sakin ölüb. Anadolu agentliyinin xəbərinə görə, insident nəticəsində onlarla insan yaralanıb. Qeyd olunur ki, aviazərbənin endirildiyi rayon İŞİD terrorçularının mövqelərindən bir aza aralıda yerləşir. Əsəd rejimi sentyabr ayından Rusiya HKQ-nin dəstəyi ilə Dəyr-əz-Zorun azad olunması uğrunda əməliyyat həyata keçirir.Apa

DİGƏR XƏBƏRLƏR

Top