İŞİD tərəfində vuruşub ölkələrinə qayıdanlar arasında Türkiyə vətəndaşları birincidir

İŞİD terror qruplaşmasının cərgələrində hərbi döyüşlərdə iştirak etdikdən sonra ölkələrinə qayıdan vətəndaşların sayına görə Türkiyə birinci yerdədir. “Yeniaavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın “The Soufan Centre” araşdırma mərkəzindən deyiblər. Bildirilir ki, Türkiyənin 900 vətəndaşı İŞİD-in sıralarından ölkəyə qayıdıb. Sonrakı yerləri Tunis (800), Səudiyyə Ərəbistanı (760), Böyük Britaniya (425), Rusiya (400), Almaniya (300) və Fransa (271) tutur. Ümumilikdə öz doğma ölkələrinə qayıdan vətəndaşların və ya rezidentlərin sayı 5,6 min nəfər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top