Bu yolda hərəkət məhdudlaşdırılır -SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-dən verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. Sürücülərdə alternativ olaraq sözügedən yolun “20-ci sahə” ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top