İranda “Mossad” agenti edama məhkum edildi

İranda məhkəmə İsrailə məlumat verməkdə təqsirkar bilinmiş adamı edam cəzasına məhkum edib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, həmin məlumatların İsrailə ötürülməsi bir neçə yüksək vəzifəli nüvə aliminin qətlinə səbəb olub. Prokuror Abbas Cəfəri Dulatabadi bildirib ki, bu adam “Massad” ilə (İsrail kəşfiyyat agentliyinin agentləri ilə) bir sıra görüşlər keçirib və onlara pul və İsveçdə yaşamaq qarşılığında İranın hərbi və nüvə obyektləri barədə məxfi məlumat verib”. Mühakimə olunmuş adamın adı açıqlanmır.

Xatırladaq ki, 2013-cü il mayın 19-da Tehranda xarici dövlətlərin xeyrinə casusluqda mühakimə edilmiş iki iranlı vətəndaş edam edilib. Onlardan biri İsrailə, digəri isə ABŞ-a kəşfiyyat məlumatları ötürüb.

DİGƏR XƏBƏRLƏR

Top