“Lotu Quli” Gürcüstandadır - RƏSMİ

Həbsdə olan kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) azadlığa buraxılıb. Bu barədə virtualaz.org-a Ədliyyə Nazirliyindən məlumat verilib. Hazırda “Lotu Quli” Gürcüstandadır.

Qeyd edək ki, “Lotu Quli” 20 ildən artıq həbsxanada cəza çəkib. O, 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunaraq həbs olunub.

Məhbəsdə olarkən N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.

***

Penitensiar Xidmət kriminal avtoritet Lotu Qulinin azadlığa çıxması ilə bağlı açıqlama verib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a açıqlamasında bildirib ki, məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması ilə bağlı məlumat yalnız ailə üzvlərinə və yaxınlarına verilə bilər:

“Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”.

Məlumata görə, N.Səlifov həbsdən buraxılmayıb, o, saxlanıldığı 8 saylı cəzaçəkmə müəssisəsindən başqa bir yerə köçürülüb.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. Quli Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (Otar) yaxın dost olub.

Otarın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra Lənkəranskiyə oğru adı verən Nardaranlı Mirseymur da qətlə yetirilib ki, bunu da indiyədək Qulinin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da Quli və Lənkəranski tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı qanuni oğrular və kriminallar bu davada əsasən Qulini dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının xaç atası sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (Ded Xasan) alıblar.

Qulinin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən Qulinin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, Quli həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.

***

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb.

Bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.

“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.

“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top