XİN rəsmisi: Meksika parlamentarilərinin Qarabağa qanunsuz səfəri araşdırılır


Meksika parlamentində Ermənistanla dostluq qrupunun rəhbəri Cuata Dominqez Blanca Marqarita, həmin qrupun üzvü Garcia Bravo Maria Cristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır. Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. "Bu xüsusda, Azərbaycan Respublikasının Meksikadakı səfirliyinə də müvafiq təlimat verilib", - deyə XİN sözçüsü qeyd edib. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top