Bakıda 17 kv.m-lik obyekt 5,5 min manata satılıb

Bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. "Yeniavaz.com" Əmlak Məsələləri Dövlət Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, hərracda 2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Bakı şəhəri üzrə 8 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib.

Budəfəki hərracda ümumi faydalı sahəsi 17,2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olmasına baxmayaraq ən son 5 min 500 min manata özəlləşdirilib. Qeyd edilməlidir ki, qeyri-yaşayış sahələrindən 2-i paytaxtın Suraxanı, 2-i Sabunçu digərləri isə müvafiq olaraq Nəsimi, Nərimanov, Binəqədi, Yasamal rayonlarında yerləşir.

Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir.

DİGƏR XƏBƏRLƏR

Top