Türkiyədən ev alan əcnəbilər: azərbaycanlıların sayı kəskin artıb CƏDVƏL

Bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 511 mənzil, sentyabr ayı ərzində isə 72 mənzil alıblar. "Yeniavaz.com" Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki. 2016-cı ilin yanvar-sentyabr aylarında azərbaycanlılar Türkiyədən builkindən 46 mənzil az - 465 mənzil satın alıblar. Ötən ilin sentyabr ayında isə azərbaycanlılar Türkiyədən 37 mənzil satın alıblar və bu ötən aykı göstəricidən təxminən 2 dəfə və ya 35 mənzil az olub.

Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 9 ayı ərzində Türkiyədən ümumilikdə 15 min 382 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% və ya 2 min 26 mənzil çox olub. Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, İngiltərə, İran, Almaniya, Əfqanıstan, Azərbaycan, və Qazaxıstan vətəndaşları üstünlük təşkil edib. Belə ki, bu ilin ilk 9 ayında İraq vətəndaşları Türkiyədən 2638, Səudiyyə Ərəbistanı vətəndaşları 2307, Küveyt vətəndaşları 1235, Rusiya vətəndaşları 942, İngiltərə vətəndaşları 580, İran vətəndaşları 508, Almaniya vətəndaşları 485, Əfqanıstan vətəndaşları isə 751 mənzil alıblar. İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Azərbaycan, Qazxıstan və Misir vətəndaşları ötən illə müqayisədə bu ilin ilk 9 ayında Türliyədən daha çox mənzil alıblar. Digər ölkələr üzrə isə azalma qeydə alınıb. Son bir ildə ən kəskin azalma Əfqanıstan vətəndaşlarının aldıqları mənzillərdə qeydə alınıb. 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə Əfqanıstan vətəndaşlarının aldıqları mənzillərin sayı 932-dən 751-ə düşüb.

Sentyabr ayında isə xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:

ÖLKƏLƏR

SENTYABR, 2016

SENTYABR, 2017

İraq

230

383

S.Ərəbistanı

140

344

Küveyt

85

160

Rusiya

99

129

İngiltərə

84

103

İran

42

84

Almaniya

61

77

Əfqanıstan

64

75

AZƏRBAYCAN

37

72

Qazaxıstan

33

63

BƏƏ

12

51

Yəmən

17

50

Misir

18

49

DİGƏR XƏBƏRLƏR

Top