Goranboyda ağır yol qəzası olub FOTO

Minik maşını yük avtomobilinə çırpıldı, sərnişin dünyasını dəyişdi. Ağır qəza Bakı-Qazax avtomagistralının Goranboyun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” “Shacman” markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı “Mercedes"in sərnişini Yevlax rayon sakini, 43 yaşlı Hüseyn Hüseynov ağır bədən xəsarətləri alaraq Mingəçevir Xəstəxanasına yerləşdirlib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top