Son 9 ayda xarici ölkələrə 16 milyon dollarlıq məhsul satan azərbaycanlı kimdir?

Bu ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında 1582 subyekt iştirak edib. "Yeniavaz.com" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin və fiziki şəxslərin siyahısında ilk onluğa daxil olanlar:

1. "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, - 56,9 milyon dollar

2. "Baku Steel Company" MMC, - 47,6 milyon dollar

3. "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, - 34,5 milyon dollar

4. "MKT İstehsalat Kommersiya" MMC, - 21,2 milyon dollar

5. "Sun Food" MMC, - 20,9 milyon dollar

6. Talıbov Zabil Ocaqverdi oğlu, - 16 milyon dollar

7. "CTS-Agro" MMC, - 14,2 milyon dollar

8. "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, - 13 milyon dollar

9. Fətəliyev Süleyman Məmməd oğlu - 12,6 milyon dollar

10. "Food Export Şəmkir" MMC, - 10,8 milyon dollar

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluğa daxil olanlar:

1. "Marketinq və İqtisadi Əməliyyatlar idarəsi", - 117,1 milyon dollar

2. "Det-al Alüminium" MMC, 76,8 milyon dollar

3. "Azergold" QSC, - 58 milyon dollar

4. "Azərenerji" ATSC, -35,8 milyon dollar

5. "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, - 32,2 milyon dollar

6. "SOCAR Methanol" MMC, - 30,5 milyon dollar

7. "Geofizika və Geologiya İdarəsi", - 3,7 milyon dollar

8. "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC, - 630 min dollar

9. "Azərbaycan Dəmir Yolları" QSC, - 490 min dollar

10."Naxçıvan MR Dövlət Energetika Agentliyi", - 420 min dollar

DİGƏR XƏBƏRLƏR

Top