Bakıda məhbusların qaçması faktı ilə bağlı istintaqa cəlb edilən şəxslərdən biri - qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.
Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib. Xatırladaq ki, istintaqa cəlb edilən digər şəxslər qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur.
Hər üç şəxsin hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanıldığı bildirilir.
Bundan başqa, hadisə zamanı qatarda olan Penitensiar Xidmətin bir neçə əməkdaşı da hazırda dindirilir.