Bakının bəzi ərazilərində su kəsiləcək

Bakının bəzi ərazilərində suyun verilişində fasilə olacaq. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Yeniavaz.com" saytına verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

DİGƏR XƏBƏRLƏR

Top