2017-ci ilin ən yaxşı futbolçusu - Kriştiano Ronaldo

İspaniyanın “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

Bu ad uğrunda mübarizədə Lionel Messi (“Barselona”) və Neymarı (“Barselona”/“PSJ”) qabaqlayıb.

Ronaldo 2016/17 mövsümündə İspaniya çempionatının, Çempionlar Liqasının, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.

Portuqaliyalı Çempionlar Liqasının ən yaxşı bombardiri olub. Onun hesabında 13 oyunda 12 qol var. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top