Poroşenkoya qarşı sui-qəsd olmayıb YENİLƏNİB

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) oktyabrın 22-də Donetsk vilayətinin Avdeyevka şəhərinə səfər zamanı Ukrayna prezidenti Petro Poroşenkoya qarşı hazırlanan sui-qəsdin qarşısının alınmasına dair mətbuatda yayılan məlumatları təkzib edib.

Bunu xidmətin sözçüsü Yelena Qitlyansakya bəyan edib.

“Yayılan məlumatlar həqiqətə uyğun deyil”, - deyə Y.Qitlyansakya bildirib

23.02

Ukraynanın Təhlükəsizlik Xidməti ölkə prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısını alıb.

Bu barədə qurumun bəyanatında bildirilir.

Məlumata əsasən, hadisə Ukrayna liderinin Donetskin Avdeyevka kəndinə səfəri zamanı baş verib. Xüsusi əməliyyat zamanı cinayətkar qruplaşmanın iki üzvü məhv edilib. Onların üzərindən optik nişangah və sursatla birgə “Steyr-Mannlicher” tüfəngi, Makarov tapançası, iki reaktiv tank əleyhinə RPQ-18 qumbaraatanı, iki F-1 əl qumbarası və üç RQD-12 əl qumbarası aşkarlanıb.

Əməliyyat bazar günü keçirilib. Qeyd edək ki, Poroşenko həmin gün Ukraynanın müdafiə naziri Stepan Poltorakla birgə Avdeyevkada əməliyyat müşavirəsi keçirib. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top