Bu dövlət qurumu yeni iş rejiminə keçib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin (DƏDRX) ərazi idarələri yeni iş rejiminə keçib.

Komitədən Oxu.Az-a verilən məlumata görə, qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edib.

Başqa sözlə vətəndaş birinci günləri də qeydiyyat ərazi ofislərinə yaxınlaşaraq əmlakın qeydiyyat prosedurlarını yerinə yetirə bilərlər. İndiyə qədər bazar ertəsi DƏDRX-in ərazi idarələri üçün istirahət günü kimi müəyyən olunub.

“Vətəndaşlara əlavə olaraq daha bir gün də xidmətin göstərilməsi çevikliyin artırılmasına, daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə, rahatlığın təmin olunmasına imkan verir. Eyni zamanda əhaliyə bazar ertəsi də daxil olmaqla xidmətin göstərilməsi onların vaxtına qənaət etmiş olur”, - ƏMDK-nın açıqmasında bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top