İraqın Baş naziri Türkiyəyə gedir

İraqın Baş naziri Heydər Əl-Abadi oktyabrın 25-də Türkiyəyə səfər edəcək. “Yeniavaz.com”un İHA-ya istinadən verdiyi məlumata görə, Ankarada baş tutacaq səfər zamanı tərəflər Türkiyə və İraq arasında əməkdaşlığın regional sülhə, sabitliyə və təhlükəsizliyə thvə verəcək şəkildə genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Danışıqlar əsnasında, həmçinin sentyabrın 25-də İraq Kürdüstan Regional Hökumətinin keçirdiyi müstəqillik haqqında referendumdan sonrakı hadisələr və bu çərçivədə atıla biləcək müştərək addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top