ABŞ son 26 ildə ilk dəfə bu təyyarləri hərbi hazırlıq vəziyyətinə gətirəcək

ABŞ-ın Hərbi Hava Qüvvələri (HHQ) 1991-ci ildən bəri ilk dəfə olaraq strateji B-52 bombardmançı təyyarələrini hərbi hazırlıq vəziyyətinə gətirməyə başlayır. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ HHQ-nin generalı Devid Qoldfeyn deyib. O bildirib: “Bu, hərbi hazırlıq vəziyyətimizin təmin edilməsində daha bir addımdır”. D. Qoldfeyn və digər yüksəkvəzifəli şəxslər qeyd ediblər ki, hərbi hazırlıq vəziyyətinə gətirilmə haqqında əmr daxil olmayıb, lakin əmrin veriləcəyi gözləntisində hazırlıq artıq gedir. D. Qoldfeyn deyib: “Mən bunu hansısa konkret hadisəyə deyil, hazırda yaşadığımız dünyadakı reallığa hazırlıq kimi qiymətləndirirəm. Dünya təhlükəli yerdir və nüvə silahından istifadə haqqında açıq danışılmalıdır. Biz və Sovet İttifaqının olduğu ikiqütblü dünyada artıq yaşamırıq. Atom bombasına malik digər oyunçular da var”.

DİGƏR XƏBƏRLƏR

Top