“Kurtlar Vadisi Vatan”ın nümayişində salon boş qalıb: "Polad Alemdar" salonu tərk edib

Türkiyənin Antalya şəhərində 54-cü dəfə keçirilən Beynəlxalq Antalya Film Festivalında göstərilən “Kurtlar Vadisi Vatan” filmi ödənişsiz olmasına baxmayaraq insanlar tərəfindən maraqla qarşılanmayıb.

“Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 iyun dövlət çevrilişi mövzusunda çəkilmiş film Antalyada maraqla qarşılanmayıb. Filmi salonda Necati Şaşmaz və filmin kollektivi, Antalya bələdiyyəsinin sədri Menderes Türel və onun həyat yoldaşı Ebru Türel izləyib.

Salonun boş olmasına görə, filmin ödənişsiz olması elanı verilib, amma yenə də salon dolmayıb. Bu səbəbdən film bitmədən N. Şaşmaz salonu tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top