Madrid Kataloniyanın başçısını həbs edəcəkmi?

İspaniya hakimiyyəti Kataloniyanın başçısı Karles Puçdemonu həbs etmək niyyətində deyil. "Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, bunu İspaniyanın xarici işlər naziri Alfonso Dastis Kesedo deyib. O bildirib: "Biz heç kəsi həbs etmək və Kataloniya muxtariyyətinin özünü idarəetməsini dayandırmağa hazırlaşmırıq, əslində onlar Kataloniya muxtariyyətinin idarəetməsinin norma və qaydalarına məhəl qoymurlar". XİN rəhbəri qeyd edib ki, Madridin Kataloniyada bütün fəaliyyəti ölkə konstitusiyasına tam uyğun olaraq həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top