Kanadada təyyarə qəzaya uğrayıb

Kanadada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə "CTV News" xəbər verib. Xəbərdə bildirilir ki, hadisə Kvebek vilayətində baş verib. Təyyarə Sen-Lazarda kənddə yerə düşüb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib. Kvebek polisi hadisənin səbəblərini araşdırır.Report

DİGƏR XƏBƏRLƏR

Top