Tramp: "Twitter" hesabım olmasaydı, prezident seçkilərində qalib gələ bilməzdim"

ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkələrdən daim istifadə etməsini müdafiə edib. “Reuters” xəbər verir ki, bu barədə o, “Fox Business Network”a müsahibəsində deyib. Tramp "Twitter" hesabının olmayacağı təqdirdə prezident seçkilərində qalib gələ bilməyəcəyini etiraf edib. “Twitter"də yazmaq sanki çap maşını kimi bir şeydir. Mən nəyisə yazan kimi, dərhal siz bunu öz şounuza yerləşdirirsiniz. Əgər sosial medialar olmasaydı, burada olacağıma şübhə edirəm“, - deyə o bildirib. Ağ Ev rəhbəri "Facebook", "Twitter" və "Instagram"dakı hesablarını nəhəng platforma adlandırıb.Report

DİGƏR XƏBƏRLƏR

Top