Tramp Kennedinin qətli ilə bağlı sənədlərin üzərindən məxfiliyi götürməyə hazırdır

ABŞ dövlət başçısı Donald Tramp bəyan edib ki, ölkənin 35-ci Prezidenti Con Kennedinin qətli ilə bağlı sənədlərin üzərindən məxfiliyi götürməyə hazırdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, D. Tramp “Tvitter” səhifəsində yazıb ki, sonrakı informasiyanı almaq şərtilə C. Kennedi üzrə məxfi sənədlərin sirrini açmağa icazə verəcək. Xatırladaq ki, Milli Arxiv oktyabrın 26-da Mərkəzi Kəşfiyyyat İdarəsi və Federal Təhqiqat Bürosunun C. Kennedininn qətli ilə bağlı təxminən 3,1 min sənədin üzərindən məxfiliyi götürəcək. Bu materiallar 1992-ci ildə ABŞ-ın sabiq Prezidenti böyük Corc Buşun imzaladığı qanuna müvafiq olaraq 25 il ərzində məxfi qalıb.

DİGƏR XƏBƏRLƏR

Top